Go Class

This course includes:

  • 28.5 hours on-demand video
  • 17 articles
  • 52 downloadable resources
  • Full lifetime access
  • Access on mobile and TV

Microsoft Excel - A`dan Z`yə bütün menyular və 120+ funksiya

Rəşad Qurbanov via Udemy

(27 Reviews)

Overview

Müasir dövrdə biznes mühiti üçün demək olar ki, ən vacib proqram Exceldir. Bunu “Google”-də kiçik bir axtarış ilə görə bilərik. Vakansiyalar ilə bağlı məlumatları toplayıb sadə təhlil aparsaq görərik ki, 5 vakansiyadan 4-də sadə, orta və ya mürəkkəb səviyyədə Excel biliyi tələb olunur.

Excel istifadəçiləri adətən Excelin əsl gücünün müəyyən bir hissəsindən istifadə edirlər. Bu kurs ilə sizlər Exceli mürəkkəb səviyyədə öyrənəcək və Excelin əsl gücü ilə işləyərək, proseslərinizi dahada əyləncəli edəcəksiniz.

    Kurs zamanı aşağıdakıları öyrənəcəyik:

  • Exceli proqramını açdığımız zaman gördüyümüz 7 menyu (HOME, INSERT, PAGE LAYOUT, FORMULAS, DATA, REVIEW, VIEW) və
      onların daxilindəki bütün əmrlər

  • Logical formulas (Логические функции\Mantıksal işlevler)

  • Text formulas (Текстовые функции\Metin işlevleri)

  • Date & Time formulas (Даты и времени функции\ Tarih ve zaman işlevleri)

  • Math & Trig formulas (Математические функции\Matematik ve trigonometri işlevleri)

  • Lookup & Reference formulas (Cсылки и поиска функции\Arama ve başvuru işlevleri)

  • Statistical formulas (Статистические функции\İstatistiksel işlevler)

  • Information formulas (Информационные функции\Bilgi işlevleri) (Cəmi 120+ formula)

    Hər dərsin faylında bütün izah olunan funksiyaların rus və türk dilində qarşılığı qeyd olunub. Exceli bu iki dildə işlədənlər də rahat başa düşəcəklər hər bir funksiyanı.

Yüksək səviyyədə Excel biliyi olub, işsiz qalan demək olarki heç kim yoxdur. Bu kurs vasitəsilə öz “CV”-nizdə Excel biliklərinizə çox rahat şəkildə Yuxarı səviyyə qeyd edə bilərsiniz. Kurs istənilər peşə sahibləri üçün nəzərdə tutularaq qurulub.

Kurs vasitəsilə Microsoft tərəfindən təqdim edilən beynəlxalq Excel sertifikat imtahanlarına - Microsoft Office Specialist (MOS) 77-727 və Microsoft Office Specialist Expert (MOSE) 77-728 hazırlaşa bilərsiniz.

Etdiyimiz praktikalar ilə alqoritm qurmaq qabilliyətimizi təkmilləşdirəcək və istənilən tapşırıqlarda analitik düşünərək düzgün alqoritmi (ardıcıllığı) qura biləcəyik.

Təlim vasitəsilə şəxsi və peşəkar həyatınızda Excel ilə bağlı olan bütün sıxıntılarınıza son qoyaraq, Exceli mükəmməl səviyyədə öyrənəcəyik. Sizlərə təməl bilgilərdən başlayaraq, yuxarı səviyyə bilgilərə irəlilədikcə çox sayda praktika ilə asan bir öyrənmə fürsəti təqdim edirik. Kursu aldığınız təqdirdə ömrümüzün sonuna qədər kurs sizin olacaqdır. İstənilən vaxt daxil olub, qaldığımız yerdən davam etdirə bilərik.

Sonda qeyd etmək istərdim ki, buradan 7/24 mənə Excel ilə bağlı suallarınızı ünvanlaya bilərsiniz. Bu mənim üçün bir zövq olar. Suallarınızı ən qısa zamanda cavablamağa çalışaraq, ağlınızda olan bütün çətinliklərə birlikdə həll yolu tapacayıq.

Who this course is for:

  • İş həyatına yeni atılanlar
  • Yüksək karyera hədəfi quranlar
  • İş həyatında Excel istifadə edən bütün ixtisas sahibləri, xüsusilə HR, analitik və mühasiblər
  • Tələbələr

Course Content

18 sections - 370 lectures - 28:33:45 total length

People Also Search

Students Also Bought

الكورس الشامل لاحتراف الوورد

الكورس الشامل لاحتراف الوورد

كورس شامل لاحتراف برنامج الوورد واسرار لاول مره يتم اكتشافها

Microsoft Excel Intermediate - Creating a Dashboard

Microsoft Excel Intermediate - Creating a Dashboard

Learn how to create an amazing looking Microsoft Excel dashboard in this project based course!

Microsoft Word 2019 | Le guide Complet de Débutant à Expert.

Microsoft Word 2019 | Le guide Complet de Débutant à Expert.

Maitriser le traitement de texte Word de la suite Microsoft Office de A à Z.

Excel: Data Analytics with Excel Pivots

Excel: Data Analytics with Excel Pivots

Master Data analytics using Excel Pivot Tables and Charts

Instructor

Rəşad Qurbanov

  • 0 Instructor Rating
  • 0 Reviews
  • 3 Students

1997-ci ildə Bakı şəhərində anadan olmuşam.

2018-ci ildə Bakı Dövlət Universitetinin Sosiologiya ixtisası üzrə bakalavr, 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA (Maliyyə) ixtisası üzrə magistr təhsilimi başa vurmuşam.

2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC"-də HR mütəxəssis kimi iş həyatıma başladım. Bu müəssisədə 2 ildən çox fəaliyyət göstərmişəm. Fəaliyyətim dövründə gördüyüm işlər SAP ERP-dən məlumatları report edərək analiz etmək, elektron sistemlərə nəzarət, google spreadsheet üzərindən proseslərin avtomatlaşdırılması üçün sistemlərin qurulması, hesabatlılığın təmini, İnsan Resursları ilə bağlı digər analizlərin aparılması olmuşdur.

Hal-hazırda "Veysəloğlu MMC" - də "Senior Reporting and Data Analytics Specialist" vəzifəsində çalışıram. Əsas işim FMCG (Qida və Qeyri-qida) sektorunda olan marka və məhsulların analizi, aylıq trendləri izləmək, bazar araşdırması edərək, təhlillər aparmaq, proqnozlar ilə növbəti dövrlərin proqnozlaşdırılması, hesabatları vizual şəkildə təmin etməkdir.

Microsoft Excel ilə bağlı fəaliyyətim 3 ildən çoxdur. 2 ildən çox isə Excel təlimçi kimi fəaliyyət göstərirəm. Fəaliyyətim dövründə bir çox şirkətlərə və fiziki şəxslərə konsultasiya xidməti vermişəm, 10+ layihəyə rəhbərlik etmişəm, Excel üzərindən proseslərin avtomatlaşdırılması üzrə işlər görmüşəm. Eyni zamanda Microsoftun Excel ekspertiyəm. Əlavə olaraq:

- Xalq Sığorta, Paşa Sığorta, Azərbaycan Kredit Bürosu, Grand Agro, SOCAR AQŞ kimi şirkətlərə korporativ Excel təlimini tədris etmişəm;
-Youtube kanalında yerləşdirilən “Peşəkar Excel”,” Canlı Excel dərsləri”, “Office 365 & Excel 2019”, “HR-lar üçün Excel” layihələrinin rəhbəriyəm;
- "55 dərsə Excel" kitabında, Excel 2019 və Office 365 funksiyaları, Solver add-in ilə bağlı yazıların müəllifiyəm;
-Fərdi, online və qrup şəklində Ümumi Excel, HR Excel, Advanced Excel, Excel ilə Analitika təlimlərini tədris edirəm;
- 200+ tələbə

Bununla yanaşı Power Query, Power Pivot, Power BI, DAX və R bilgilərinə sahibəm. İş fəaliyyətimdə adını çəkdiyim alətlər vasitəsilə  böyük dataların (10.000.000 + rows) analizi, təmizlənməsi, modelləşdirilməsi və vizuallaşdırılması ilə məşğul oluram. MS SQL  və Biznes statistikası ilə bağlı orta bilgilərə sahibəm.
Gələcəkdə  digər data analitika ilə bağlı alətlər haqqında dərslər yerləşdirməyi düşünürəm.

Uğurlar hər birinizə!